Türkiyə və Rusiya ticarətdə dollar, avro, rubl, qızıl və yuandan
istifadə edə bilər.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
ötən gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı
deyib.
Məlumata əsasən, Vladimir Putin də öz növbəsində Azov dənizində
olan günəbaxan yağı və buğda ilə yüklənən 30 gəminin göndərilməsi
barədə göstəriş verəcək.