Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Qeyd olunub ki, tərəflər Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları barədə ətraflı fikir mübadiləsi aparıblar.