Türkiyə və Rumıniya liderləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rumıniyalı həmkarı Klaus
İohannis ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatında
deyilir.

Bildirilir ki, danışıq zamanı Rusiya-Ukrayna münaqişəsi ilə
bağlı son hadisələr, eləcə də yerlərdə humanitar vəziyyət müzakirə
edilib.

Prezident R.T. Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında
sülhün bərqərar olması üçün intensiv səylər göstərdiyini
vurğulayıb. Türkiyə lideri qeyd edib ki, Ankara bununla yanaşı,
Ukrayna və qonşu ölkələrə, o cümlədən qaçqın axınına məruz qalan
Rumıniyaya da humanitar yardım çatdırır.

Liderlər Ukraynadakı böhran nəticəsində yaranan məcburi
miqrasiya axınına nəzarət sahəsində əməkdaşlıq və koordinasiyanı
gücləndirmək barədə razılığa gəliblər. Prezidentlər həmçinin bu
prosesin nəticələri ilə bağlı müxtəlif sahələrdə əməkdaşlıq etmək
barədə razılığa gəliblər.

Teqlər: