Türkiyə və Qırğızıstanın XİN rəhbərləri ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü
Qırğızıstanlı həmkarı Jeenbek Kulubayev ilə telefon danışığı
aparıb.

Trend xəbər
verir ki, bu barədə Türki XİN Mətbuat Xidməti məlumat yayıb.

Türkiyəli nazir həmkarını yeni vəzifəyə təyinat münasibəti ilə
təbrik edib.

Xarici işlər nazirli strateji tərəfdaşlıq formasında təsbit
olunmuş ikitərəfli münasibətlərin inkişafındakı müsbət dinamikanı
məmnunluqla qeyd ediblər. Tərəflər yaxın vaxtlarda Qırğızıstan
Respublikası və Türkiyə Xarici İşlər Nazirləri səviyyəsində Birgə
Strateji Planlaşdırma Qrupunun növbəti iclasının keçirilməsi barədə
razılığa gəliblər.

Həmçinin, bu il Qırğızıstanda iki ölkənin dövlət başçıları
səviyyəsində Strateji Əməkdaşlıq üzrə Ali Şurasının keçirilməsi
mələsəi müzakirə olunub.

Beynəlxalq məsələlərə toxunan Qırxızıstan XİN rəhbəri Rusiya ilə
Ukrayna arasında gərginliyin azaldılması prosesində Türkiyənin
vasitəçi rolunu yüksək qiymətləndirib.

Teqlər: