Türkiyə və Polşa prezidentləri Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Polşa Prezidenti Andjey Duda arasında telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında münasibətlərin vəziyyəti və dərinləşdirilməsi perspektivləri, həmçinin regional gündəliyi müzakirə ediblər.

R.T.Ərdoğan Türkiyə-Polşa əlaqələrinin bütün sahələrdə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib, strateji tərəfdaşlığın, o cümlədən yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası mexanizminin formalaşdırılması yolu ilə dərinləşdirilməli olduğunu qeyd edib.

Rusiya və Ukrayna arasındakı böhran mövzusuna toxunan R.T.Ərdoğan bildirib ki, Ankara Qara dəniz regionunda vəziyyəti diqqətlə izləyir, Türkiyə gərginliyi azaltmaq üçün səylərini davam etdirir.