Pakistan və Türkiyə Hərbi Dəniz Qüvvələri Ərəb dənizinin şimal hissəsində “Turqutreis-VII” ikitərəfli təlimləri keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Pakistan Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Təlimlərdə müxtəlif dəniz əməliyyatları, asimmetrik hücumlara qarşı müdafiə, hava hücumundan müdafiə təlimləri və birgə koordinasiyalı patrul həyata keçirilib.
Təlimlərin əsas məqsədi iki ölkənin hərbi dəniz qüvvələrinin peşəkarlıq vərdişlərini və qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirmək olub.