Türkiyə və Özbəkistan arasında 10 əməkdaşlıq müqaviləsi imzalanıb

Daşkənddə keçirilən Türkiyə-Özbəkistan danışıqları nəticəsində
iki ölkə arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq
səviyyəsinə çatıb.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Daşkənddə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə birgə
mətbuat konfransı zamanı deyib.

R.T.Ərdoğan bildirib ki, Daşkəndə səfər zamanı Türkiyə və
Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 10
müqaviləsi imzalanıb.

Türkiyə Prezidenti qeyd edib ki, tərəflərin imzaladığı sənədlər
iki ölkənin məqsədlərinə doğru hərəkətini sürətləndirməyə imkan
verəcək.

Onun sözlərinə görə, ötən ilin yekunları üzrə Türkiyə ilə
Özbəkistan arasında ikitərəfli ticarətin həcmi 72% artaraq 3,6
milyard dolları keçib. Tərəflər bu göstəricini ilk mərhələdə 5
milyard, daha sonra isə 10 milyard dollara çatdırmağı
hədəfləyir.