Ankara və Təl-Əviv iki ölkə arasında siyasi dialoqun bərpasına
can atırlar.
Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan Ankarada israilli həmkarı İshaq Hersoqla birgə mətbuat
konfransında deyib.
R.T. Ərdoğan bildirib ki, İsraillə ümumi məqsəd iki ölkə
arasında ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanan siyasi
dialoqu canlandırmaqdır. Türkiyə dövlət başçısı İsrail
prezidentinin ölkəyə səfərini tarixi adlandırıb və bu səfərin iki
ölkə arasında münasibətlərdə yeni dönüş nöqtəsi olacağına
əminliyini ifadə edib.
“Türkiyə və İsrail regionda sülh, əmin-amanlıq və birgəyaşayış
mədəniyyətinin bərpasına töhfə verə bilər”, – R.T. Ərdoğan
vurğulayıb.