Səfirlərimizin yaxın gələcəkdə geri qayıtması üçün mühüm addımlar atdıq. İsrailli turistlərin yaxın gələcəkdə Türkiyəyə gələcəyinə ümid edirik.
AzerTimes xəbər verir ki, bu fikirləri Türkiyədə səfərdə olan İsrailin xarici işlər naziri Yair Lapid türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
“Əlaqələrimiz çox yaxşı davam edir. İqtisadi-siyasi dialoqun səviyyəsini də yaxşılaşdıracağıq. Beynəlxalq diplomatiyada Türkiyənin xüsusi yeri var. Sizinlə işləmək xüsusi sevindiricidir”, – o bildirib.