İran və Türkiyə nümayəndə heyətləri aprelin 3-də Moskvada məsləhətləşmələr aparıb.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məsləhətləşmələrin təxminən 1 saat 10 dəqiqə davam etdiyi bildirilib.
Qeyd edək ki, daha öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 3-4-də Moskvada Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin müavinləri arasında danışıqların planlaşdırıldığını bəyan edib.