Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Vyanada ikinci görüşü keçirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistan xüsusi
nümayəndələrinin münasibətlərin normallaşması prosesi ilə bağlı
ikinci görüşü keçirilib.

Trend-in
məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi
bildirib.

Qeyd olunur ki, Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç
Ermənistan təmsilçisi Ruben Rubinyanla bu istiqamətdə atılacaq
konkret addımları müzakirə edib və bu prosesi hər hansı bir ilkin
şərt olmadan davam etdirmək barədə razılığa gəlib.

Xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də
Moskvada keçirilmişdi.

Teqlər: