Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşdü

Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşdü

Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.

Nümayəndələr arasında artıq üç dəfə – yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.

Teqlər: