Ermənistan və Türkiyə arasında normallaşma prosesində xüsusi nümayəndələrin ilk görüşü Vyanada keçiriləcək.
Trend xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, görüş fevralın 24-nə planlaşdırılıb.
Qeyd edək ki, Türkiyə ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıçı, Ermənistan isə parlament sədrinin müavini Ruben Rubinyanı normalaşma prosesi üçün xüsusi nümayəndə təyin edib.