Türkiyə və Britaniyanın Baş Qərargah rəisləri regiondakı vəziyyəti müzakirə ediblər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı
Yaşar Gülər ​​Böyük Britaniyanın Müdafiə Qərargah rəisi, admiral
Toni Radakin ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş
Qərargahından bildirilib.

Məlumata əsasən, Baş Qərargah rəisləri regionda və beynəlxalq
arenada cərəyan edən proseslərə dair fikir mübadiləsi
aparıblar.