Türkiyə və Bolqarıstan aprelin sonunda Macarıstan, Rumıniya və Slovakiya ilə Azərbaycandan Avropaya təbii qaz nəqlinin həcmini artıracaq sazişlər imzalamağı planlaşdırır.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu bu ölkənin energetika naziri Rosen Xristov deyib.
Xristov əlavə edib ki, gələn il ölkəsi Azərbaycan təbii qazını isə Bolqarıstan-Yunanıstan sistemlərarası qaz kəməri vasitəsilə qəbul edə biləcək.
Hazırda Bolqarıstan öz tələbatının üçdə birinə qədərini Azərbaycandan gələn boru kəməri qazı hesabına ödəyir. O, tutumu ildə 3 milyard kubmetr olan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə tədarük olunur.