Türkiyə və BMT Rusiyanı taxıl sazişinə qaytarmaq üçün böyük səy göstərir. Ümid edirik ki, nəticə əldə olunacaq.
AzerTimes xəbər verir ki, bunu brifinq zamanı ABŞ liderinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
“Rusiyanı taxıl sazişinə qaytarmaq üçün təzyiq göstərməyə davam edirik. Beynəlxalq ictimaiyyətə də bu yöndə çağırış edirik”, – deyə Sallivan bildirib.