Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Mərkəzi bankları arasında üç il müddətinə məzənnə mübadiləsi barədə svop müqaviləsi imzalanıb.
Trend bu barədə Türkiyə Mərkəzi Bankına istinadən məlumat verir.
Qeyd olunur ki, üç il müddətinə svop sövdələşmələrinin məbləği milli valyutalarda 4,7 milyard dollara (64 milyard lirə və ya 18 milyard dirhəm) bərabər olacaq.
Bankın məlumatında deyilir ki, bu razılaşmanın məqsədi milli valyutalarda hesablaşmalarla ikitərəfli ticarətin və qarşılıqlı investisiya proqramlarının inkişafıdır.
Üçillik dövr bitdikdən sonra müqavilənin müddəti uzadıla bilər.