Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqəni, habelə təlimlərin planlaşdırılmasını, idarə edilməsini və uyğun formada həyata keçirilmə prinsiplərini təmin etmək üçün “Qardaşlıq Briqadası” layihəsinə start verilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Pınar Kara bildirib.
Nazirlik nümayəndəsi qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müvafiq nümayəndə heyətlərinin birgə hazırlıq və təlimləri davam edir:
“”İki dövlət, bir millət” prinsipinə əsaslanaraq, bütün imkanlarımızla kədərdə və sevincdə birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın yanında dayanmağa davam edəcəyik”.