Türkiyə və Azərbaycanın birgə fəaliyyəti ilə 132 kvadratkilometr ərazi minalardan təmizlənib

Xəbər - Humay Ağacanova – Trend:

Türkiyə və Azərbaycanın mina təmizləyənləri yanvar ayında 5 236 m², ümumilikdə isə 132 km² ərazini mina və əldəqayırma partlayıcılardan təmizləyib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, bu istiqamətdə 1 630 azərbaycanlıya təlim keçirilib.


“İki dövlət – bir millət anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davalarında bu günə qədər olduğu kimi, bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyimizi bir daha vurğulayırıq”, – deyə bildirilib.

Teqlər: