Xəbər - Elçin Mehdiyev – Trend:
Türkiyə və Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsində
hərtərəfli əməkdaşlıq edir.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat
konfransında deyib.
Nazir bildirib ki, təxliyə məsələsində də iki ölkə arasında
koordinasiya mövcuddur.
“Türkiyənin təşkil etdiyi qatarlarla Azərbaycan vətəndaşları,
Azərbaycanın təşkil etdiyi qatarlarda isə Türkiyə vətəndaşları da
təxliyə edilir”, – deyə nazir bildirib.