Türkiyə və Azərbaycan razılaşdı: Qaz nəqli iki dəfə artırılır

Türkiyə və Azərbaycan razılaşdı: Qaz nəqli iki dəfə artırılır

Türkiyə və Azərbaycan qaz yataqlarından təbii qazın Türkiyə bazarlarına və oradan Avropaya nəqli üzrə əsas layihə olan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürücülük qabiliyyətini iki dəfə artırmaq barədə razılaşıblar.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz İstanbulda Azərbaycanlı həmkarı Pərviz Şahbazovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər qısa müddətdə ildə 16 milyard kubmetr ötürücülük qabiliyyətinə malik olan boru kəmərinin gücünü iki dəfə artırmağı planlaşdırırlar:

“Qısa müddətdə biz hazırkı gücü iki dəfə artıraraq 32 milyard kubmetrə çatdıracağıq”.

Teqlər: