Türkiyə və Azərbaycan prezidentləri bir daha sarsılmaz birlik nümunəsi göstərdilər – Sahil Kərimli

Prezident İlham Əliyevin Rizə-Artvin Beynəlxalq Hava Limanının
açılışına qatılması, möhtəşəm tədbirdəki çıxışının böyük coşqu ilə
qarşılanması bütün türk dünyasına səs saldı. Türkiyə və Azərbaycan
bir daha dünyaya qardaşlıq, dostluq və müttəfiqlik nümunəsi
göstərdi. Hər birimizin qürurla izlədiyimiz bu izdihamlı tədbirin
təəssüratları hələ uzun müddət yaddaşlardan silinməyəcək.

Bu fikirləri AzerTimes
BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli
bildirib. S.Kərimli əlavə edib ki, Türkiyə və Azərbaycan
liderlərinin səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasında
əalqələri daha da dərinləşdirir, əbədi edir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti
İlham Əliyev dünyada bənzəri olmayan dostluq sərgiləyirlər. Əlbəttə
ki, bu amil iki qardaş ölkəni daha sıx birləşdirir, münasibətləri
zirvəyə qaldırır. Bütün dünyanın diqqət mərkəzində olan açılış
mərasimi bir daha göstərdi ki, Türkiyənin uğuru həm də Azərbaycanın
uğurudur. Ölkələrimizdə reallaşdırılan hər bir layihə, əldə edilən
hər bir uğur eyni ilə xalqlarımız tərəfindən də böyük məmnunluq və
əvəzsiz sevinc hissi ilə qarşılanır”.

S.Kərimli həmçinin qeyd edib ki, istər Türkiyənin, istərsə də
Azərbaycanın sürətlə həyata keçirdiyi ən müasir infrastruktur
layihələri inkişafın və tərəqqinin, eyni zamanda güclü siyasi
iradənin göstəricisidir: “Dünyada siyasi təlatümlərin, iqtisadi
tənəzzülün, hərbi münaqişlərin baş verdiyi bir zamanda Türkiyə və
Azərbaycanın durmadan inkişaf etməsi, nəhəng layihələr üzərində
işləməsi həqiqətən də qürurvericidir. Belə bir çətin situasiyada
ölkəsini inkişafa aparmağa yalnız Ərdoğan və Əliyev kimi güclü,
qətiyyətli lider nail ola bilər”.

“Azərbaycan dövləti hazırda heç bir yardım və dəstək olmadan
işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirir.
Bu proses də dünyanı yaxşı mənada heyrətləndirir. Sözsüz ki,
Qarabağın sıfırdan qurulması işində qardaş Türkiyə şirkətləri də
yaxından iştirak edir. Türkiyə və Azərbaycan bu mənada da sarsılmaz
birlik nümayiş etdirir” deyə S.Kərimli əlavə edib.

Teqlər: