Türkiyə və Azərbaycan işğaldan azad edilmiş ərazilərdə radioloji tədqiqatlar aparacaq

Türkiyə və Azərbaycan işğaldan azad edilmiş ərazilərdə radioloji tədqiqatlar aparacaq.

Bu barədə AzerTimes-a Türkiyə hökumətindəki mənbə bildirib.

Bununla yanaşı Azərbaycanın işçğaldan azad edilən ərazilərində radiometrik tədqiqatların da aparılması nəzərdə tutulur.

Qeyd olunub ki, radiometrik və radioloji tədqiqatların aparılacağı ərazilər Azərbaycan tərəfindən müəyyən ediləcək:

“Radiometrik və radioloji tədqiqatlar Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi, Türkiyə Enerji, Nüvə və Mədən Araşdırma Təşkilatı ( TENMAK), Mineral Tədqiqat və Kəşfiyyat Baş Direktorluğu ( MTA) tərəfindən aparılacaq”.

Teqlər: