Türkiyə və Azərbaycan dünya çapında bir-birinə yaxın müttəfiqlərdir – Əhməd İsmayılov

Xəbər - Samir Əli – Trend:

Türkiyə və Azərbaycan dünya çapında bir-birinə yaxın müttəfiqlərdir.

AzerTimes-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir: “Bu gün dünyada bir-birinə bizim qədər yaxın olan dövlət yoxdur. Çünki bizi birləşdirən qədim tariximiz var. Biz bir kökün, bir soyun daşıyıcılarıyıq”.

İcraçı direktor vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycana Türkiyə qədər dəstək olan ölkə olnmayıb. Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu həmrəylik bizi daha da ruhlandırdı və bizə əlavə güc verdi. Hərbi, siyasi, iqtisadi, mədəni, təhsil, ticarət sahələrində olduğu kimi, media əlaqələrimizin də daha dərindən və əhatəli inkişafı prioritet hədəfimizdir. Burada ən əsas amil birgə atacağımız addımlardır. Ölkələrimizin rəhbərlərinin verdiyi qərarlarla ötən ilin sentyabr ayında Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi və bizim də tərkibində olduğumuz nümayəndə heyəti qardaş ölkənin mediası ilə birgə media platforması yaratmaq, hər bir ölkənin sosial mediası vasitəsilə dünyaya daha yaxından tanıdılması məqsədilə İstanbula səfər edib. Səfər çərçivəsində hər iki ölkə arasında ortaq media platforması yaradılması ilə bağlı qərar qəbul edildi. Cəmi bir neçə ay sonra isə Azərbaycanla Türkiyə arasında media səhəsində strateji əməkdaşlıq haqqında memorandumun qəbul edilməsi haqqında qanun layihəsi təsdiqləndi. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təstiq edildi”.

Teqlər: