Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlığı davam etdirəcək – Prezident Administrasiyası

Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlığı davam etdirəcək.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasından ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini şərh edərkən TurkicWorld-a bildiriblər.

“Bu gün Türkiyə və Azərbaycan arasındakı münasibətlər ən yüksək həddədir və bundan sonra bu münasibətlər daha da şaxələndiriləcək”, – deyə administrasiyadan bildiriblər.

Qeyd olunub ki, Bakı və Ankaranın birgə səyləri bölgədə yaşayan bütün xalqların rifahına xidmət edir.

“Türkiyə hər zamankı kimi qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Ən çətin günlərimizdə Azərbaycan xalqının dəstəyini aldıq”, – deyə administrasiyadan bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Teqlər: