Türkiyə və Almaniya arasında kritik telefon əlaqəsi

Türkiyə və Almaniya arasında kritik telefon əlaqəsi

Türkiyə prezidenti sözçüsü İbrahim Kalın Almaniya kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, tərəflər Türkiyə və Almaniya arasında ikitərəfli siyasi və iqtisadi əlaqələri qiymətləndirib. Həmçinin, görüş zamanı onlar İsveç və Finlandiyanın üzvlük müraciəti prosesləri, Ukrayna müharibəsinin qlobal təsirləri və bu sahədə Türkiyənin diplomatik təşəbbüsləri, taxıl daşımaları və qlobal ərzaq böhranının həllində Türkiyənin rolu, Suriya və qaçqın problemləri, terrorizmlə mübarizə kimi mövzular ətrafında fikir mübadiləsi aparıb.

Teqlər: