Türkiyə və ABŞ müdafiə nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Türkiyənin müdafiə naziri Hulusi Akar və onun amerikalı həmkarı Loyd Ostin arasında telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti bildirib.

Tərəflər telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq və Əfqanıstanda daimi diplomatik korpusunun saxlanılması məsələlərini müzakirə ediblər.


“Nazir [Ostin] uzun müddətdir davam edən ABŞ-Türkiyə müdafiə əlaqələrinin əhəmiyyətini vurğuladı və nazir [Akara] sülh və təhlükəsizlik məsələlərində davamlı təmas və əməkdaşlığı üçün təşəkkür etdi”, – məlumatda deyilir.