Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.
AzerTimes-ın Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Əfqanıstandakı mövcud vəziyyət müzakirə edilib, hər iki tərəf vətəndaşların təxliyəsi sahəsində əməkdaşlıqdan məmnun olduqlarını ifadə ediblər.
Hulusi Akar, Əfqanıstanda terror hücumlarında şəhid olan Amerika əsgərlərinin ölümü ilə əlaqədar Pentaqon rəhbərinə başsağlığı verdi.