Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və
ABŞ dövlət katibinin müavini Vendi Şermanın başçılıq etdiyi
nümayəndə heyətləri arasında görüş keçirilib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən
bildiriblər.
Nazirlik bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər,
Ukrayna böhranı və qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunub.
Müzakirələrdə iki ölkə arasında davamlı əməkdaşlığın dialoq yolu
ilə dərinləşməsinə dair ortaq iradə göstərilib. Bəzi məsələlərdə
fikir ayrılığı olmasına baxmayaraq Türkiyə və ABŞ-ın iqtisadi və
ticarət əlaqələri, terrorizmlə mübarizə, hərbi-müdafiə sahəsində
əməkdaşlıq daxil olmaqla müsbət gündəmin mövcud olduğu ifadə
edilib. Bu kontekstdə Türkiyə Prezidenti ilə ABŞ Prezident arasında
razılaşdırıldığı kimi, iki ölkə arasında strateji dialoq
mexanizminin həyata keçirilməsi üçün qarşıdakı dövrdə atılacaq
konkret addımların müəyyən edilməsi üçün məsləhətləşmələr
aparılıb.