Türkiyə və ABŞ Müdafiə Nazirlikləri arasında F-35 proqramı ilə bağlı müzakirələrin davam etdirilməsi ilə bağlı razılığa gəlinib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
F-35-lə bağlı ilk görüşün Ankarada, ikinci turun isə dünən Vaşinqtonda baş tutduğu bildirilib.
Məlumata görə, növbəti görüşün də yenə Ankarada keçiriləcəyi ilə bağlı ümumi razılığa gəlinib.