Türkiyə və ABŞ arasında önəmli toplantı…

Türkiyə və ABŞ arasında önəmli toplantı…

Noyabrın 7-də Türkiyənin paytaxtı Ankarada ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Müsbət və konstruktiv keçən görüşdə ikitərəfli müdafiə, hərbi təlim və müdafiə sənayesi sahəsində əməkdaşlıq, həmçinin regional və qlobal müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.

Növbəti görüşün gələn il ABŞ-da keçirilməsi nəzərdə tutulur.

Teqlər: