Ukrayna taxılının olduğu ilk gəmilərin mümkün qədər tez vaxtda müştərilərə göndərilməsi zəruridir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla görüşündə deyib.
“Türkiyə Ukraynanın dəniz limanlarından yüklərin daşınması çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirir və bundan sonra da yerinə yetirməyə davam edəcək”, – Akar qeyd edib.