Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi 2023/2024-cü tədris ilində qardaş ölkənin universitetlərinə qəbul olan şəxslərə müraciət ünvanlayıb.
AzerTimes xəbər verir ki, bu barədə müşavirliyin Feysbuk hesabında paylaşım edilib.
Qeyd olunub ki, Azərbaycan vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilirlər.
“Şəxsiyyət vəsiqəsinin Türkiyəyə sərhədkeçmə sənədi kimi istifadə olunması yalnız turistik səyahət üçün nəzərdə tutulub. Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”,- müşavirlikdən bildirilib.