Xəbər - Humay Ağacanova – Trend:
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı
Oleksey Reznikov arasında telefon danışığı olub.
Trend-in məlumatına görə bu barədə Türkiyə Milli Müdafiə
Nazirliyi məlumat yayıb.
Görüşdə nazir Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım
göstərməyə hazır olduğunu və əvvəllər olduğu kimi sülh və
əmin-amanlığın təmin edilməsi üçün üzərinə düşəni etməyə davam
edəcəyini vurğulayıb.