Türkiyə Ukraynaya humanitar yardım çatdıracaq

Ukraynadan mülki şəxslərin təxliyəsi üçün Ankaranın ayırdığı
gəmilər bu ölkəyə həm də humanitar yardım çatdıracaq.

Trend türk
KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə
naziri Hulusi Akar bildirib.

Nazirin sözlərinə görə, Türkiyə ilk gündən vətəndaşlarının və
digər mülki şəxslərin Ukraynadan təhlükəsiz təxliyəsi üçün
hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan edib.

Hulusi Akar Ankaranın Ukraynanın suverenliyi, müstəqilliyi və
ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha
təsdiqləyib.

Həmçinin Ukraynada daha çox insan itkisinin qarşısını almaq və
bu ölkədə sülh və sabitliyin ən qısa zamanda təmin edilməsi üçün
dərhal atəşkəsə ehtiyac olduğu vurğulanıb.

Teqlər: