Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyə ticarət naziri Mehmet Muş Türkiyə tərəfinin Ukraynanın infrastrukturunun bərpasında iştirakını nəzərdə tutan memorandum imzalayıblar.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur nazirliyi məlumat yayıb.
“Biz ümid edirik ki, tezliklə birgə bərpanın konkret praktiki nəticələrinə nail olacağıq. Yaxın vaxtlarda bərpa məsələləri üzrə birgə işçi qrup da yaradılacaq. Burada biz türk sərmayələrinin cəlb edilməsi üçün mexanizmlər hazırlayacaq və əməkdaşlıq üçün konkret layihələr təqdim edəcəyik”, – məlumatda bildirilib.