Türkiyə Ukrayna limanlarından çıxan taxıl daşıyan gəmilərin İstanbul və Çanaqqala boğazlarından maneəsiz keçməsinə zəmanət verməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə “Haber Qlobal” Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
“Bildiyimiz qədər hələlik Ukrayna limanlarından heç bir gəmi çıxmayıb. Əgər gələrsə, boğazlardan buraxılacaq”, – mənbə bildirib.