Türkiyə Ukraynadan daşınma ilə bağlı qərar verəcək

Türkiyə Ukraynadan daşınma ilə bağlı qərar verəcək

Türkiyə yaxın günlərdə Ukraynadan taxıl ixracı məsələsi ilə bağlı son qərarını verəcək. Amma razılaşmadan sonra belə əməliyyata başlamağa 5 həftə vaxt lazım gələcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, hazırda Ukrayna taxılının Qara və Azov dənizlərindəki limanlar vasitəsilə beynəlxalq bazara daşınması iqtisadi və fiziki baxımdan məqsədəuyğundur:

“Yükləri daşıyacaq gəmilərin yola salınması və qəbulunun koordinasiyası, həmçinin Türkiyə, Ukrayna, Rusiya və BMT arasında yaradılacaq mexanizmlə bağlı məsləhətləşmələr davam edir. Deyə bilərəm ki, hələlik ümimi atmosfer müsbətdir. Yaxın günlərdə məsələ ilə bağlı konkret qərarlar gözləyirik”.

Teqlər: