Türkiyə Ukraynadan daha 404 vətəndaşını təxliyə edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Twitter” səhifəsində Türkiyə Xarici
İşlər naziri Mövlüd Çavuşoğlu yazıb.
Onun sözlərinə görə, təxliyə edilən Türkiyə vətəndaşlarının sayı
8 454 nəfərə çatıb.
Nazir qeyd edib ki, bundan qabaq Ukraynadan təxliyə edilən
vətəndaşlar Buxarest və Varşavadan “Türk Hava Yolları”nın reysi ilə
ölkəyə çatıblar.