Türkiyə Ukraynadan daha 273 vətəndaşını təxliyə edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Twitter” səhifəsində Türkiyə Xarici
İşlər naziri Mövlüd Çavuşoğlu yazıb.
Onun sözlərinə görə, təxliyə edilən Türkiyə vətəndaşlarının sayı
11 496 nəfərə çatıb:
“Vətəndaşlarımızın təhlükəsiz təxliyəsi üçün planlaşdırdığımız
işlər davam edir”.