Türkiyə bütün qətiyyəti ilə Ukraynada davamlı atəşkəsin əldə
olunması istiqamətində səylərini davam etdirəcək.
Trend “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf
Şolts ilə Ankarada danışıqlardan sonra keçirilən birgə mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, danışıqlar zamanı Türkiyə və Almaniya
liderləri Ukrayna böhranının həlli üçün diplomatik səyləri
artırmaq, eyni zamanda Avropa təhlükəsizliyinin gücləndirilməsi
üçün tədbirlər görmək barədə razılığa gəliblər.
Bundan əlavə, Türkiyə dövlət başçısı Almaniya ilə iqtisadi
əlaqələrin inkişaf perspektivlərini yüksək qiymətləndirib.
“2020-ci ildə Türkiyə və Almaniya arasında ticarətin həcmi
təxminən 38 milyard dollar olub. 2021-ci ildə bu göstərici 41
milyard dolları keçib. Biz bu rəqəmi 50 milyard dollara çatdırmaqda
qərarlıyıq”, – Rəcəb Tayyip Ərdoğan qeyd edib.