Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Baykar Makina” şirkəti Ukraynada PUA-ların təmiri və texniki xidmət mərkəzinin tikintisinə dair saziş imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşenkonun sözlərinə görə, mərkəz tezliklə yaradılacaq.