Türkiyə Ukraynada dərhal atəşkəsə çağırır.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi
Feridun Sinirlioğlu bildirib.
F.Sinirlioğlu deyib: “Bu müharibədə qalib ola bilməz. Bu
müharibə başlamamalı idi və dərhal dayandırılmalıdır”.
O, çıxışına belə davam edib: “Dünya birliyi buna dözə bilməz,
bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.
F.Sinirlioğlu hər gün qadın və uşaqların öldüyü Mariupoldakı
kritik vəziyyəti diqqətə çatdırıb:
“Biz ukraynalı qardaşlarımızı bəlada qoymayacağıq”, – deyə
Türkiyənin BMT-dəki daimi nümayəndəsi əlavə edib.