Xəbər - Samir Əli – Trend:
Təəssüf ku, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik
missiyası nəticəsiz qaldı.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O bildirib ki,
buna baxmayaraq Türkiyə hələ də bu istiqamətdə səylərini davam
etdirməkdədir.
“Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən NATO çərçivəsində bu
məsələnin sülh yolu ilə həlli istiqamətində səylərini davam
etdirir.
Bizim səylərimiz atəşkəsin təmin olunması və diplomatik
müstəvidə danışıqların başlaması yönündədir”, – səfir bildirib.