Türkiyə XİN rəhbəri Hakan Fidan Ankaranın Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ankaradakı diplomatik mənbə məlumat verib.
“Bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan belaruslu həmkarı Sergey Aleyniklə Ankarada görüş keçirib. İkitərəfli münasibətlərlə yanaşı, regional məsələlərin də müzakirə edildiyi görüşdə Fidan bildirib ki, Ukraynada müharibə beynəlxalq hüquq əsasında dayandırılmalıdır. Türkiyə tərəflərin iradəsi olarsa, danışıqları qəbul etməyə hazırdır”, – mənbə qeyd edib.