Türkiyə türkdilli ölkələrlə gömrük tariflərini azalda bilər

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Türkiyə türkdilli ölkələrlə yük dövriyyəsində bütün nəqliyyat növləri üzrə gömrük tariflərini azaltmağa hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin ticarət naziri Mehmet Muş Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

O bildirib ki, daşınma ilə bağlı xərclər müəyyən maneələr yaradır. Türkiyə kvotaları artırmağa və bununla da nəqliyyat əməkdaşlığını genişləndirməyə hazırdır. Bizim şirkətlərimiz və mərkəzi banklarımız türkdilli ölkələrin layihələrinin maliyyə təminatına kömək göstərəcək.

Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: