Türkiyə təyyarələri 10 aydan sonra vətənə qayıtdı

Türkiyə təyyarələri 10 aydan sonra vətənə qayıtdı

Ukraynadan qalxan A400M təyyarələri Türkiyənin Kayseri şəhərindəki hava limanına uğurla eniş ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Humanitar yardım aparmaq və Türkiyə vətəndaşlarını təxliyə etmək üçün Ukraynaya gedən və hava məkanının qapadılması səbəbindən Borispol hava limanında qalan iki A400M təyyarəsi Kayseriyə gəlib. Təyyarə ekipaj heyətinin üzvləri ailələri ilə görüşüb”, – deyə bildirilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsi günü – 24 fevralda Kiyevin Borispol hava limanına enən Türkiyəyə məxsus A400M təyyarələri hava məkanının qapadılması səbəbindən 10 aya yaxın idi ki, vətənə qayıda bilmirdi.

Teqlər: