Türkiyə tədarükü azaltdı, Rusiyada qiymət bahalaşdı

Türkiyə tədarükü azaltdı, Rusiyada qiymət bahalaşdı

Türkiyə yanvar-oktyabr aylarında Rusiyaya naringi tədarükünü 20 faiz azaldıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, yanvar-oktyabr aylarında Türkiyədən naringi tədarükü 202,3 min tondan 161,3 min tona düşüb.

“İyun-sentyabr aylarında ümumiyyətlə tədarük olmayıb, baxmayaraq ki, keçən il bu aylarda kiçik tədarüklər olmuşdu. Oktyabr ayında tədarük bərpa edilib, lakin onların həcmi ötən illə müqayisədə hələ də aşağı olub – demək olar ki, 29% – və 35,2 min ton təşkil edib”, – məlumatda qeyd olunub.

Rusiyanın “RİA Novosti” agentliyi “Çek İndeks” analitik resursuna istinadla məlumat yayıb ki, ölkədə noyabr ayında naringinin bir kilosunun qiyməti ötən ilə nisbətən 23 faiz artaraq 252 rubl təşkil edib.

Teqlər: