Türkiyə Ukraynanın Qara dənizdəki “yaşıl dəhlizlər” vasitəsilə ərzaq ixrac etdiyi taxıl müqaviləsinin uzadılması ilə bağlı bəyanat verib.
AzerTimes xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
“Taxıl sazişinin maneəsiz icrası və daha da uzadılması üzərində çox çalışırıq”, – o bildirib.
Qeyd edək ki, Rusiya artıq taxıl müqaviləsinin uzadılması üçün öz şərtlərini açıqlayıb:
“Əgər bu, yalnız bir tərəfin öhdəlikləri və digər tərəfin fırıldaq və hiylələri deyil, tərəflərin öhdəlikləri olan bir müqavilədirsə, əgər bu razılaşma bərabərdirsə, deməli biz həmişə üzərimizə düşəni yerinə yetirmişik və hamısını yerinə yetirmək niyyətindəyik”.