Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq milliyyətcə etnik erməni hökumətin səlahiyyətli nümayəndəsi seçilib.
AzerTimes xəbər verir ki, 27 yaşlı Berk Acar ötən il kaymakamlıq imtahanından keçərək müsahibə zamanı da fərqlənməyi bacarıb.
O, Dənizli ilinin Babadağ ilçəsinin kaymakamı olub.
Berk Acarın ixtisasca hüquqşünas olduğu deyilir.